Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda kitabxana işçilərinin seminar-müşavirəsi keçirilib

28.02.2026

Fevralın 28-də Masallı rayon Mərkəzi Kitabxanasında kitabxana işçilərinin seminar müşavirəsi keçirilib. Seminarda Mərkəzi kitabxananın və kənd kitabxana filiallarının əməkdaşları iştirak edib. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Zamin Məmmədov gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib. Sonra görülmüş işlərin nəticələri və qarşıdakı aylarda nəzərdə tutulan tədbirlərlə bağlı müzakirələr aparılıb. Kitabxana xidmətinin səmərəliliyinin artırılması və oxucularla aparılan işin daha da gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.