27.02.2026
Fevralın 27-də Astara rayon Heydər Əliyev Mərkəzində 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə N.Kərimov adına Ərçivan qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllim və şagirdləri iştirak ediblər. Mərkəzin direktoru Kübra Səmədova çıxışında mülki müdafiənin əhəmiyyətindən ətraflı bəhs edib, fövqəladə hallar zamanı insanların düzgün davranış və təhlükəsizlik qaydalarına riayət etməsinin vacibliyini diqqətə çatdırıb. O, həmçinin gənclərin bu sahədə maarifləndirilməsinin onların hazırlıqlı olmasına və ictimai təhlükəsizliyin güclənməsinə töhfə verdiyini vurğulayıb. Tədbir çərçivəsində mülki müdafiə mövzusunda hazırlanan videoçarx da nümayiş olunub. Videoçarxda fövqəladə hallarda davranış qaydaları, təxliyə və yardım prosedurları, həmçinin təhlükəsizlik texnikaları vizual şəkildə göstərilib. Şagirdlər videoçarxı maraqla izləyərək müvafiq suallar veriblər və mövzu üzrə biliklərini möhkəmləndiriblər.