27.02.2026
Fevralın 26-da Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin tabeliyində fəalliyyət göstərən Masallı rayonu üzrə mədəniyyət müəssisələri və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon Komtəsinin birgə təşkilatçılığı ilə rejissor İlqar Safatın “Doğma torpaq” bədii filminin nümayişi baş tutub. Filmdə vətənə bağlılıq, torpaq yaddaşı və insan taleləri bədii ekran dili ilə təqdim olunur. Qarabağ mövzusuna fərdi baxış bucağı gətirən ekran əsəri tamaşaçıya həm tarixi həqiqətləri xatırladır, həm də doğma yurda qayıdışın mənəvi dəyərini hiss etdirir. Film nümayişində Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla anılıb, film vasitəsilə tarixi yaddaşımızın yaşadılmasının vacibliyi vurğulanıb.