Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

26.02.2026

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi Masallı rayon mədəniyyət müəssisələrinin əməkdaşları Qəhrəmanlar Parkı-Şəhidlər Abidə kompleksini ziyarət ediblər. Mədəniyyət nümayəndələri abidə önünə gül dəstələri düzərək, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.