21.02.2026
Fevralın 19-da Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və Lənkəran-Astara Regional Məşğulluq filialının təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. Lənkəran şəhər Heydər Əliyev Mərkəzində reallaşan əmək yarmarkasında məşğulluq imkanlarının genişləndirilməsi, işsiz və işaxtaran vətəndaşların, xüsusilə gənclərin müraciətləri əsasında onların işlə təmin olunmasına dəstək göstərilməsi istiqamətində mühüm addımlar atılıb. Yarmarkada 12 işəgötürən tərəfindən 54 vakansiya təqdim olunub. Vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər və işə qəbul qaydaları barədə məlumat verilib, həmçinin uyğun namizədlərin qeydiyyatı aparılıb.