20.02.2026
Fevralın 20-də Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin təşkilatçılığı ilə Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair, pedaqoq, maarifçi, tərcüməçi Abdulla Şaiqin 145 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə məktəblilər və müəllimlər iştirak ediblər. Uşaq şöbəsinin müdir əvəzi Kəmalə Məmmədova şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verərək onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb. Daha sonra kitabxana əməkdaşı Pərvanə Bağırova çıxış edərək yubiley münasibətilə hazırlanan materiallar barədə məlumat verib.Tədbirin bədii hissəsində məktəblilər şairin şeirlərini səsləndirib, onun yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.