Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tarix yazmış Qəhrəmanlar” mövzusunda tarix dərsi keçirilib

19.02.2026

Fevralın 18-də Astara Tarix-Diyarşünaslıq Muzeyində Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun anım günü və Sovet İttifaqı Qəhrəmanı Mirzə Cəbiyevin doğum günü ilə əlaqədar “Tarix yazmış Qəhrəmanlar” mövzusunda tarix dərsi keçirilib. Tədbirdə Astara rayon C.Cabbarlı adına Kakalos kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər. Çıxış edənlər bildiriblər ki, akademik Ziya Bünyadov XX əsr Azərbaycan tarixşünaslığının görkəmli nümayəndələrindən biri kimi elmin inkişafına mühüm töhfələr verib, orta əsr mənbələrinin tədqiqi və tərcüməsi sahəsində fundamental araşdırmalar aparıb. Qeyd olunub ki, Mirzə Cəbiyev isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ən gənc azərbaycanlı olaraq İkinci Dünya müharibəsi illərində bir sıra ölkələrdə gedən döyüşlərdə iştirak edib, müharibədən sonra isə doğma kəndində təsərrüfat rəhbəri kimi çalışaraq nümunəvi fəaliyyət göstərib. Tədbir çərçivəsində mövzu ətrafında şagirdlərlə fikir mübadiləsi aparılıb, sonda iştirakçılar muzeylə yaxından tanış olublar.