17.02.2026
Fevralın 17-də Lerik rayon Mərkəzi Kitabxanasında Xalq şairi Nəriman Həsənzadənin 95 illik yubileyi münasibətilə dəyirmi masa təşkil olunub. Mərkəzi kitabxananın direktor v.m.i.e. Şəlalə Ağayeva Nəriman Həsənzadənin zəngin həyat və yaradıcılıq yolundan danışıb, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələri diqqətə çatdırıb. Sonra çıxış edən digər əməkdaşlar N.Həsənzadənin yaradıcılığının bədii xüsusiyyətlərindən, poeziyasının dərin mənəvi-emosional təsir gücündən bəhs ediblər. Həmçinin görkəmli şairin qəlblərə yol tapan şeirləri səsləndirilib.