Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyinə həsr olunmuş tədbir keçirilib.

17.02.2026

Fevralın 16-da Astara rayon Heydər Əliyev Mərkəzində Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Astara şəhər Ş.Qasımov adına 4 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak edib. Mərkəzin direktoru Kübra Səmədova giriş nitqi ilə çıxış edərək Yusif Səmədoğlunun XX əsr Azərbaycan nəsrində xüsusi yeri olduğunu və onun dərin məzmunlu əsərlərinin geniş oxucu rəğbəti qazandığını bildirib. Tədbirdə digər iştirakçıların mövzu ilə bağlı məruzələri dinlənilib, videoçarx nümayiş olunub.