13.02.2026
Fevralın 13-də Masallı rayon Mərkəzi Kitabxanasında 14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar tədbir keçirilib.Tədbir uşaqların asudə vaxtının səmərəli təşkili, onların mütaliəyə marağının artırılması və kitabxananın fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində təşkil olunub. Kitabxana əməkdaşları Beynəlxalq Kitab Bağışlama Gününün tarixi və əhəmiyyəti haqqında ətraflı məlumat veriblər, kitab oxumağın insanın dünyagörüşünün formalaşmasında, bilik və düşüncə qabiliyyətinin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıblar. Çıxışlarda uşaqların mütaliəyə cəlb olunmasının vacibliyi xüsusi qeyd edilib. Daha sonra kitabxana fonduna daxil olan müxtəlif mövzulu kitablardan ibarət sərgiyə baxış keçirilib. İştirakçılar sərgidə nümayiş olunan bədii və elmi-kütləvi ədəbiyyat nümunələri ilə yaxından tanış olublar, onları maraqlandıran kitablar barədə məlumat əldə ediblər. Gün ərzində isə fəal oxuculara və birgə əməkdaşlıq edən müəssisələrə kitablar bağışlanıb.