Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan tədbir keçirilib

07.02.2026

Fevralın 6-da Lerik rayon Mərkəzi Kitabxanasının əməkdaşları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Lerik şəhəri M. Bağışov adına 3 nömrəli tam orta məktəbdə anım tədbiri keçiriblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda Milli Qəhrəman Mübariz İbrahimovun həyat və döyüş yolu barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, onun göstərdiyi qəhrəmanlıq nümunələri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır, gənclərdə Vətənə sevgi və milli qürur hisslərini gücləndirir. Bildirilib ki, bu cür tədbirlər milli-mənəvi dəyərlərin təbliği, qəhrəmanlıq irsinin gələcək nəsillərə ötürülməsi və vətənpərvərlik ruhunun aşılanması baxımından xüsusi əhəmiyyət daşıyır.