Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qəhrəmanlıqla yazılan ömür”: Mübariz İbrahimovun xatirəsi Lənkəranda yad edilib

07.02.2026

Lənkəran Mərkəzi Kitabxanası və Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqadar “Qəhrəmanlıqla yazılan ömür” adlı anım tədbiri keçirilib. Tədbir Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Çıxışlarda Mübariz İbrahimovun qəhrəmanlıq yolundan, onun gənclər üçün nümunə olan həyat və mübarizə irsindən bəhs ediblər. Bildirilib ki, onun fədakarlığı və şücaəti vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır və adı xalqımızın qəhrəmanlıq tarixində əbədi yaşayacaq. Tədbirin bədii hissəsində məktəblilər vətənpərvərlik mövzusunda şeirlər və mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər. Anım tədbiri Milli Qəhrəmanın əziz xatirəsinə ehtiramın ifadəsi və gənclərdə vətən sevgisinin aşılanması baxımından əhəmiyyətli olub.