Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astara rayon sakininə evdə kitabxana xidməti göstərilib

10.02.2026

Astara rayon Mərkəzi Kitabxanasının Oxuculara Xidmət şöbəsinin əməkdaşları tərəfindən rayon sakini, ziyalı Hüseynov Heybət Əli oğluna evdə kitabxana xidməti göstərilib. Keçirilən səfər zamanı oxucunun mütaliə zövqü nəzərə alınaraq ona müvafiq mövzularda kitablar təqdim edilib. Görüş zamanı mütaliənin insanın intellektual inkişafında, dünyagörüşünün zənginləşməsində və şəxsiyyətin formalaşmasında mühüm rol oynadığı vurğulanıb. Oxucu ona göstərilən diqqət və qayğıya görə kitabxana əməkdaşlarına dərin minnətdarlığını ifadə edib, bu cür xidmətlərin əhəmiyyətini yüksək qiymətləndirib.