Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nağıl saatı – kitab sevgisinə aparan yol

10.02.2026

Masallı rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə balacalar üçün nağıl saatı keçirilib.Tədbir zamanı Uşaq şöbəsinin əməkdaşı Esmira Ağarzayeva uşaqlara maraqlı və maarifləndirici nağıllar səsləndirib. Balacalar oxunan nağılı böyük maraqla dinləyib, həm əyləncəli vaxt keçirib, həm də faydalı məlumatlar əldə ediblər. Qeyd edək ki, bu tip tədbirlər uşaqlarda kitaba marağın formalaşdırılması, oxu vərdişlərinin inkişaf etdirilməsi və kitab sevgisinin erkən yaşlardan aşılanması məqsədi daşıyır