10.02.2026
Yardımlı rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin irsinin təbliği və “Uşaqlara dair Strategiya”nın həyata keçirilməsi ilə bağlı “Heydər Əliyev uşaqların dünyasında” adlı tədbir təşkil olunub. Tədbirdə Yardımlı rayonu S. Şabiyev adına Şəfəqli kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib. Mərkəzin direktor vəzifəsini müvəqqəti icra edən Zeynəb Məmişzadə çıxış edərək, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan, dövlət tərəfindən uşaqlara göstərilən xüsusi diqqət və qayğı barədə məlumat verib. O, həmçinin uşaqların hüquqlarının qorunmasının və maarifləndirici tədbirlərin keçirilməsinin onların dünyagörüşünün formalaşmasında əhəmiyyətini vurğulayıb. Tədbir iştirakçıları sonda mərkəzdə mövcud olan sərgi və eksponatlarla tanış olublar.