Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımılıda “Azərbaycanın əvəzsiz siması” adlı tədbir təşkil olunub

05.02.2026

Fevralın 4-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin irsinin təbliği məqsədilə “Azərbaycanın əvəzsiz siması” adlı tədbir təşkil olunub.Tədbirdə Yardımlı rayon N.Cəbiyev adına Çayüzü kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib. İştirakçılara Ümummilli Liderin həyat və fəaliyyəti barədə məlumat verilib və mövzu ilə əlaqədar “İz” sənədli filmi nümayiş olunub. Tədbir mərkəzdəki sərgi və eksponatlarla tanışlıqla yekunlaşıb.