Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Hüzn və Qürur Günü” mövzusunda dəyirmi masa təşkil edilib

15.01.2026

Yanvarın 15-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi və GİKM-in Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə 20 Yanvar hadisələrinin 36-cı ildönümünə həsr olunmuş “Hüzn və Qürur Günü” mövzusunda dəyirmi masa təşkil edib. Tədbirdə gənclər və təşkilat əməkdaşları iştirak edib, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva və GİKM Masallı bölməsinin nümayəndəsi Orxan Əliyev çıxış edərək 20 Yanvarın xalqımızın milli birliyinin və azadlıq iradəsinin rəmzi olduğunu, gənclərin bu tarixi anları gələcək nəsillərə çatdırmaqda vacib rol oynadığını vurğulayıblar. Daha sonra muzeyin kiçik elmi işçisi Nazənin Heydərzadə mövzu barədə təqdimat edib. Sonda tədbir iştirakçıları “Sükutda danışan fotolar” sərgisinə baxış keçiriblər.