26.12.2025
Dekabrın 26-da Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin dəstəyi ilə “Şəhidlər Vətənin Zəfər Rəmzidir” adlı layihənin 2025-ci ilin yekun hesabat tədbiri keçirilib. Tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, icra aparatı nümayəndələri, idarə rəhbərləri, mədəniyyət nümayəndələri, şəhid ailələri, qazilər və tələbələr iştirak edib. Öncə tədbir iştirakçıları "Qəhrəmanlar Parkı-Şəhidlər Abidə Kompleksi" ni ziyarət ediblər. Muzeyinin direktoru Əntiqə Tağıyeva və Kollecinin direktoru Rövşən Qurbanov çıxışlarında bildiriblər ki, müqəddəs bir amal naminə – Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin adları tarixə, xatirələri qəlbimizə əbədi həkk olunub. Şəhidlərimizin ailə üzvləri dövlətimizin və xalqımızın göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək bildiriblər ki, bu gün burda övladlarımızın müqəddəs xatirəsini yad edirik. Biz qürurluyuq, övladlarımız Vətən uğrunda can verdilər, şəhidlik zirvəsinə ucaldılar. Bir valideyn olaraq həm kədər, həm də qürur hissi keçiririk. Onların qəhrəmanlığı gələcək nəsillərə örnək olacaq. Biz inanırıq ki, Vətənimiz onların ruhu ilə daim güclü qalacaq.