26.12.2025
Lənkəran–Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi (Cəlilabad rayonu üzrə nümayəndə) Fuad Əzizov, Cəlilabad Dövlət Rəsm Qalereyasının və Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları şəhid Hüseynov Cavid Habil oğlunun ailəsini ziyarət ediblər. Ziyarət zamanı qəhrəman Vətən oğlunun həyatı və şərəfli döyüş yolundan, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib. Sonra rəsm qalereyasının bərpaçı–rəssamı Ramilə Quliyevanın çəkdiyi şəhid Cavid Hüseynovun portretini ailəsinə təqdim ediblər.