26.12.2025
Dekabrın 26-da Lerik rayon Mədəniyyət Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib Tədirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, rayonun idarə, təşkilat və müəssisələrin kollektivləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib. Lerik RİH başçısının müavini A.Vəliməmmədova çıxış edərək tədbir iştirakçılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. O, 2025-ci ilin ölkəmiz üçün tarixi və uğurlu il olduğunu vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin inkişafı və güclənməsi üçün atdığı beynəlxalq səviyyəli addımlardan, böyük əhəmiyyət kəsb edən siyasi görüşlərin və ölkənin suverenliyi naminə gördüyü genişmiqyaslı işlərdən geniş bəhs edib.
Daha sonra Şaxta baba və Qar qız tədbir iştirakçılarını salamlayaraq, onlara Yeni il arzularını çatıdırıblar. Tədbir mədəniyyət mərkəzinin təşkil etdiyi musiqili proqramla davam edib.