18.12.2025
Dekabrın 18-də Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli ədəbiyyatşünas, tənqidçi və maarifçi Firudin bəy Köçərlinin yaradıcılığına həsr olunmuş “Uşaqların dostu Firudin bəy Köçərli” adlı ədəbi-bədii görüş keçirilib. Görüşdə Rafiq Əlihəsənov adına Masallı şəhər 1 saylı orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. Kitabxana əməkdaşları və müəllimlər Firudin bəy Köçərlinin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatşünaslığının inkişafındakı xidmətləri, milli ədəbi irsin toplanması və təbliği sahəsində gördüyü işlər barədə çıxışlar ediblər. Bildirilib ki, Firudin bəy Köçərli maarifçilik ideyalarının yayılmasına böyük önəm vermiş, gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşmasına mühüm töhfələr verib. Görüşün bədii hissəsində məktəb şagirdləri Firudin bəy Köçərlinin yaradıcılığı haqqında fikirlərini bölüşüb, onun əsərlərindən nümunələr səsləndiriblər.