03.12.2025
Dekabrın 3-də Cəlilabad rayon Mədəniyyət Mərkəzinin tabeliyində olan müəssisə rəhbərləri üçün seminar–müşavirə keçirilib
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Mədəniyyət Mərkəzinin direktoru Ramil İbrahimov çıxış edərək müəssisə rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib. Sonda mərkəzin mədəni təşkilatçısı İlxas Əkbərov çıxış edərək dekabr ayında keçiriləcək tədbirlər haqqında danışıb.