Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan alveri ilə mübarizə mövzusunda dəyirmi masa keçirilib.

03.12.2025

Dekabrın 2-də Lerik rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin iştirakı ilə insan alverinə qarşı mübarizə mövzusunda dəyirmi masa keçirilib. Çıxış edənlər müasir dövrün aktual problemlərindən biri kimi insan alverinin doğurduğu fəsadlar, ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar, eləcə də ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə danışıblar.