03.12.2025
Dekabrın 3-də Yardımlı rayon Mərkəzi Kitabxanasının əməkdaşları tərəfindən gənclərin asudə vaxtlarının daha səmərəli və maraqlı keçirilməsi məqsədilə Yardımlı rayon Rəsm Qalereyasına ekskursiya təşkil olunub.
Gənclər nümayiş olunan rəsm əsərləri ilə yaxından tanış olublar. Sərgi zalında nümayiş olunan rəngkarlıq nümunələri onların estetik zövqünün formalaşmasına, incəsənətə olan marağının artmasına mühüm töhfə verib.
Ekskursiya gənclərin həm maariflənməsi, həm də xoş zaman keçirməsi baxımından yüksək əhval-ruhiyyə ilə yadda qalıb.