Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda kitabxana işçilərinin iştirakı ilə seminar - müşavirə keçirilib.

03.12.2025

Dekabrın 3-də Cəlilabad rayon Mərkəzi Kitabxanasında seminar - müşavirə keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra kitabxananın direktoru Qənimət İsrafilova kitabxana filial müəssisələrinin fəaliyyəti və ay ərzində keçirilmiş tədbirlərlə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını verib. Yekunda bir neçə filial müdirlərinin ay ərzində gördüyü işlər barədə məlumatları dinlənilib.