Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Payızın rəngləri”

03.12.2025

Astara rayon Mərkəzi kitabxananın Uşaq şöbəsində "Payızın rəngləri" mövzusunda tədbir keçirilib. Tədbirdə Astara şəhər Z.Bünyadov adına 2 saylı orta məktəbin müəllim və I sinif şagird kollektivi iştirak ediblər. Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova ilin fəsilləri arasında özünəməxsus yeri olan payızın gözəlliklərini, bolluq, bərəkət fəsli olduğunu diqqətə çatdırıb, sonda səhnəni balacalara verib. Sonra "Salam payız" mahnısını şagirdlər ifa ediblər. Tədbir zamanı "Alma, armud, nar və üzümün Payızın Qızı ilə dialoqunu təqdim ediblər. "Göbələklər", "Əkinçilər" və "Meyvələrin bəhsi" şeirləri ilə balacalar öz bacarıqlarını nümayiş etdiriblər. Tədbirin sonunda şagirdlərin ifasında " Payızın tərifi"mahnısı dinlənilib.