01.12.2025
Bu gün Astara rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərsivəsində tədbir və sərgi keçirilib. Tədbirdə Astara rayon Seləkəran kənd S.Nəsirov adına ümumi orta və Astara rayon Səncərədi kənd E.Ağayev adına tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Mərkəzinin direktoru Kübra Səmədova çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır. Bu qərar, həmçinin milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addımdır. Sonra digər iştirakçılar mövzu ilə əlaqədar geniş məruzə ilə çıxış ediblər. Rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilərək tədbir sona çatıb.