28.11.2025
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi məqsədilə gənclər arasında təqdimat müsabiqəsi baş tutacaq.
Müsabiqə məktəblilərin və gənclərin Ulu Öndərin həyat yolu, siyasi fəaliyyəti, azərbaycançılıq məfkurəsi, dövlət quruculuğu və gənclərə göstərdiyi diqqət barədə öz baxış bucaqlarını yaradıcı formada ifadə etməsinə imkan verəcək.
Müsabiqənin məqsədi:
- Gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi;
- Heydər Əliyev irsinin yeni nəslə daha dolğun çatdırılması;
- Tədqiqat, təqdimat və ictimai çıxış bacarıqlarının inkişaf etdirilməsidir.
Qeyd edək ki, müsabiqə Masallı Rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə keçiriləcəkdir.