Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Gələcəyimizi qoruyaq” adlı tətbir keçirilib.

28.11.2025

Noyabrın 27- də Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları Lənkəran şəhər M.Bağırov adına 1 nömrəli tam orta məktəbdə məktəblilər üçün narkomaniya ilə bağlı "Gələcəyimizi qoruyaq" adlı maarifləndirici tədbir keçiriblər. Mərkəzin əməkdaşları çıxış edərək narkotik vasitələrinin fəsadları, onların insan sağlamlığına və gələcək həyatlarına vurduğu zərərlər barədə ətraflı məlumat veriblər. Məktəblilərin mövzu ilə bağlı ünvanladıqları suallar ətraflı şəkildə cavablandırılıb. Sonda iştirakçılar narkomaniyanın yaratdığı təhlükələri əks etdirən maarifləndirici film izləyiblər.