26.11.2025
Noyabrın 26-da Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “İnkişaf Akademiyası” layihəsi çərçivəsində “Milli mədəniyyətin təbliğində gənclərin missiyası” adlı tədbir təşkil olunub. Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, adı çəkilən idarələrin əməkdaşları və gənclər iştirak ediblər. Giriş sözü ilə çıxış edən Lənkəran – Astara Regional Mədəniyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov bildirib ki, Azərbaycan gənclərinin cəmiyyətin müasir, inkişaf etmiş, yüksək intellektli nümayəndələri kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. O, ölkəmizdə milli mədəniyyətin qorunması və təbliği istiqamətində həyata keçirilən dövlət siyasətindən, mədəni irsimizin tanıdılması və gələcək nəsillərə ötürülməsində gənclərin üzərinə düşən məsuliyyətdən bəhs edib. Sonra tədbir diskussiya şəklində davam edib, fikir və təkliflər dinlənilib.