27.11.2025
Noyabrın 27-də Lənkəran–Astara Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə İdarənin Mərkəzləşdirilmiş mühasibatlığının Cəlilabad rayonu üzrə böyük mühasibi Elnur Allahbağış oğlu Atakişiyevin 50 illik yubileyi münasibətilə görüş keçirilib. Tədbirdə Lənkəran–Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov yubilyarı təbrik edərək ona möhkəm can sağlığı, uzun ömür, xoşbəxtlik və fəaliyyətində uğurlar arzulayıb. İdarə rəisi qeyd edib ki, Elnur Atakişiyev öz peşəkarlığı və məsuliyyətli işi ilə idarənin fəaliyyətinə töhfələr verib. Sonda mədəniyyət sahəsində uzunmüddətli səmərəli əmək fəaliyyətinə görə, həmçinin 50 illik yubileyi münasibətilə Elnur Atakişiyev Lənkəran–Astara Regional Mədəniyyət İdarəsinin “Fəxri Fərman”ı ilə təltif olunub.