Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Kəlbəcər Şəhəri Günü - Tarixi ədalətin bərpası” adlı tədbir keçirilib.

26.11.2025

Noyabrın 25-də Astara Tarix - Diyarşünaslıq Muzeyində 25 Noyabr- Kəlbəcər Şəhəri Günü ilə əlaqədar “Kəlbəcər Şəhəri Günü-Tarixi ədalətin bərpası” adlı tədbir keçirilib. Tədbirdə Astara şəhər C.Babayev adına liseyin müəllim və şagirdləri iştirak ediblər.

İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə muzeyin kiçik elmi-işçisi Rəna Əskərova açaraq, bildirib ki, Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər şəhərinin işğaldan azad edilməsindən beş il ötür. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən Müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. Tədbirdə iştirak edən digər iştirakçıların mövzu ilə əlaqədar çıxışları dinlənilib.

Çıxışlardan sonra şagirdlər muzeyə ekskursiya ediblər.