Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ölkəmizi tanıyaq” Masallıda

18.11.2017

Bakı şəhərinin Nərimanov, Binəqədi, Nizami, Sabunçu, habelə Zəngilan, Şuşa, Balakən, Zaqatala, Qax və Yevlax rayonlarının məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində noyabrın 18-də Masallı rayonuna ekskursiya ediblər.
Masallıda qonaqları rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Masallı şəhərindəki Heydər Əliyev Parkında məktəblilər qarşısında çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova qonaqları Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun adından salamlayıb, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə səyahət edən şagirdlərə xoş arzularını çatdırıb.
       Məktəblilər ümummilli liderin parkda ucaldılmış abidəsi önünə gül düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Sonra tur-aksiya iştirakçıları Masallı uşaq ncəsənət məktəbinə gəliblər.
     Masallı Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub.
Məktəblilər "ASAN həyat" kompleksindəki “ASAN xidmət” və ABAD Mərkəz, İncəsənət Məktəbi və kinoklubla tanış olub, “İntellektual Mərkəz”də Masallı məktəblilərinin "Breyn-rinq" yarışmasını izləyiblər.
      Masallıdakı Bayraq Meydanı və Azərbaycan Dövlət Rəmzləri Muzeyilə tanışlıq da şagirdlərdə zəngin təəssürat doğurub.