Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Təqaüdə gedən yol

11.10.2025

Oktyabrın 11-də Masallı rayon Mərkəzi Kitabxanasında rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Göyəçöl kənd kitabxana filialının müdiri Yəhya Şükürovun 65 yaşının tamam olması və təqaüdə yola salınması ilə əlaqədar dəyirmi masa keçirilib.

Tədbirdə ilk çıxış edən MKS-nin direktoru Zamin Məmmədov onun uzun illər ərzində kitabxana sahəsində göstərdiyi xidmətlərdən bəhs edərək, peşəsinə olan sevgisini, zəhmətkeşliyini və kənd kitabxanasının inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib.

Sonra çıxış edən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon Komitəsinin sədri Vəkil İsmayılov Yəhya Şükürovun əmək fəaliyyətinə yüksək dəyər verdiyini bildirib. O, Yəhya Şükürovun işlədiyi müddətdə kənd kitabxanasında mədəni-maarif işinin təşkili sahəsində göstərdiyi səylərin, xüsusilə də oxucularla qurduğu yaxın və səmimi münasibətlərin yerli ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını qeyd edib.

Uzun illər MKS-yə rəhbərlik etmiş Ələddin Nəzərov çıxışında Yəhya Şükürovun işinə olan məsuliyyətli münasibətini, təşəbbüskarlığını və peşəkarlığını qeyd edərək, onun kitabxana işinə verdiyi töhfələrin unudulmaz olduğunu bildirib.

Tədbirdə kitabxana kollektivinin üzvləri də yubilyarla bağlı xatirələrini bölüşərək, onun kollektivdə həmişə mehribanlığı, sadəliyi və təvazökarlığı ilə seçilmiş, işində dəqiqliyi və peşəkarlığı ilə hər kəsə nümunə olduğunu qeyd ediblər.

Sonda yubilyar kollektivə minnətdarlığını bildirərək, uzun illər birgə çalışdığı həmkarlarına xoş sözlər söyləyib və göstərilən diqqətə görə dərin təşəkkürünü ifadə edib.

Tədbirdə Yəhya Şükürova fəxri fərman və hədiyyələr təqdim olunub