13.10.2025
Astara Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbində 18 Oktyabr- Müstəqilliyin Bərpası Günü ilə əlaqədar “Müstəqilliyin bərpası-xalqın qürur səhifəsi” adlı tarix dərsi keçirilib.
İlk öncə Ulu öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra muzeyin kiçik-elmi işçisi Çiçək Axundova məktəbin VII sinif şagirdləri üçün “Müstəqilliyin bərpası-xalqın qürur səhifəsi” mövzusunda məruzə edib.
Məruzədən sonra şagirdlərlə fikir mübadiləsi aparılıb.