Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfər tarixi dərsləri Masallı Tarix-Diyarşünaslıq Muzeyində

13.10.2025

Oktyabrın 13-də Tarix-Diyarşünaslıq Muzeyində “Zəfər tarixi” başlığı altında maarifləndirici tarix dərsləri təşkil olunub.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon üzrə Təhsil Sektorunun təşəbbüsü ilə həyata keçirilən “Müzeylər aylığı” layihəsi çərçivəsində məktəblilərlə keçirilən tarix dərsində Çaxırlı, Qarğalıq, Kürdabaz, Xallıcallı və Eminli kənd tam orta məktəblərinin şagird və müəllim kollektivləri iştirak ediblər.

Dərslərin məqsədi gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək, Azərbaycanın şanlı Zəfər tarixini daha dərindən öyrətmək olub. Muzeyin əməkdaşları tərəfindən şagirdlərə Vətən müharibəsinin qəhrəmanları, döyüş yolu və qazanılan böyük Qələbə barədə maraqlı məlumatlar təqdim edilib.

Tədbirin sonunda məktəblilər muzeyə və rəsm qalereyasına ekskursiya edərək bölgənin tarixini özündə əks etdirən eksponatlar, eləcə də maraqlı rəsm əsərləri ilə tanış olublar. Ekskursiya zamanı uşaqlar keçmişlə bu gün arasında körpü yaradan dəyərli məlumatlar əldə ediblər.