13.10.2025
Oktyabrın 13-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə “Sözün Bəxtiyarı – 100 il” adlı tədbir keçirilib.
Tədbirdə Mahmudavar kənd tam orta məktəbinin şagird və müəllim kollektivi iştirak edib.
Məktəblilər ədəbiyyatımızın görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı ilə yaxından tanış olub, onun şeirlərindən parçalar səsləndiriblər.
Sonda tədbir iştirakçıları muzeyə və qalereyaya ekskursiya edərək bölgənin tarixini və incəsənət nümunələrini əks etdirən eksponatlarla tanış olublar.