09.10.2025
“Uşaqlara dair Strategiyanın həyata keçiriməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı“ nın icrası ilə əlaqədar oktyabrın 9-da Astara rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə Astara rayon Siyaku kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzin direktoru Kübra Səmədova çıxış edərək qeyd edib ki, təhsilin ən əsas vəzifəsi yeni düşüncəli yaradıcı şəxsiyyətin formalaşdırılmasıdır. Həyatı gözəlləşdirmək, nəyisə qurub yaratmaq insanın əqidəsi, bacarığı, mövqeyi və qəlbindən asılıdır. Burada estetik tərbiyənin mühüm rolu vardır.
Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova geniş məruzə ilə çıxış edib.
Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.