08.10.2025
Oktyabrın 8-də Masallı rayon Boradigah qəsəbə 1 və 2 saylı,Dəlləkoba və Hişkədərə tam orta məktəbin şagirdlərinin Masallı rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.
Ekskursiyanın məqsədi şagirdlərə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini tanıtmaq, eləcə də onların mədəni irsimizlə tanışlığını təmin etmək olmuşdur.
Ekskursiya zamanı şagirdlər Mərkəzdəki ekspozisiya-sərgi zalını gəzmiş, Heydər Əliyevin həyat yolunu əks etdirən foto və eksponatlarla tanış olmuşlar.
Keçirilən ekskursiya şagirdlərin dünyagörüşünün genişlənməsinə, milli-mənəvi dəyərlərə bağlılığın formalaşmasına və mədəniyyət ocaqları ilə tanışlıqlarına mühüm töhfə vermişdir.
Qeyd edək ki,ekskursiya Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun “Muzeylər aylığı” layihəsi çərçivəsində həyata keçirilir.