Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş “Tamamlanmış ömürlər” tamaşası təqdim olunub

06.10.2025

Oktyabrın 6-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş "Tamamlanmış ömürlər" adlı tamaşa təqdim edilib.

Tamaşa Vətən uğrunda könüllü şəkildə döyüşlərə qatılaraq qəhrəmanlıqla şəhid olmuş 12 igid övladımızın həyat və mübarizə yoluna ithaf olunub.

Tədbir çərçivəsində əvvəlcə Cəlilabad Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanan “12 şəhidin portreti” adlı sərgiyə baxış keçirilib.

Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Fuad Əzizov, rayon ictimaiyyəti, mədəniyyət işçiləri, ziyalılar, eləcə də şəhid ailələri iştirak edib.

Sonda şəhid valideynlərinin səmimi çıxışları dinlənilib, onların Vətən qarşısında göstərdikləri fədakarlıq yüksək qiymətləndirilib. Daha sonra çıxış edən Fuad Əzizov qəhrəman övladlarımızın xatirəsinin xalqın yaddaşında əbədi yaşayacağını vurğulayıb.