08.10.2025
Oktyabrın 8-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Konstitusiya və Suverenlik ili" ilə əlaqədar icra olunan layihələrdən biri, konsepsiyası Ulu Öndərin müxtəlif dövrlərdə Konstitusiyanın təkmilləşməsi üçün gördüyü əvəzsiz işlərdən bəhs edən "Tarixin səhifələri" adlı layihənin növbəti tədbiri keçirilib.
Tədbirdə S.N.Abıyev adına Köryədi kənd orta məktəbinin şagirdləri iştirak edib.
Mərkəzin baş fond mühafizi Zeynəb Məmişzadə "Konstitusiya və Suverenlik ili" ilə əlaqədar Mərkəz tərəfindən icra olunan layihələr, adı qeyd olunan layihənin konsepsiyası, mahiyyəti, Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkəmizdə sabitliyin bərqərar olması, 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin birbaşa rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi barədə ətraflı məlumat verib.
Yekunda şagirdlər mərkəzdə mövcud olan sərgi və eksponatlarla tanış olublar.