Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə

08.10.2025

Oktyabrın 08-də Astara rayon Heydər Əliyev Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Astara rayon S.Yusifov adına Kijəbə 3 nömrəli ümumi orta məktəbinin müəllim və şagirdləri iştirak edib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzin direktoru Kübra Səmədova çıxış edərək qeyd edib ki, Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır.

Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova geniş məruzə ilə çıxış edib.

Daha sonra “Bəxtiyar Vahabzadə yaradıcılığı” adlı qısa sənədli filmi nümayiş olunub.

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.