Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azadlığın Mübarək Cəbrayıl

07.10.2025

Cəlilabad rayon Mərkəzi Kitabxanasında şəhid Mirlətif Ağayev adına Təbib tibb kursunun tələbələrinin iştirakı ilə Cəbrayıl şəhəri gününə həsr olunmuş informasiya saatı keçirilib.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

MKS-nin əməkdaşı Asudə Adışova bildirib ki, Vətən müharibəsi başladığı ilk gündən "Dəmir yumuruq"əməliyyatını uğurla həyata keçirən Azərbaycan Ordusunun rəşadəti sayəsində hər gün cəbhədən qələbə xəbəri alırdıq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciət edərək Cəbrayılın azadlığının müjdəsini verdi.

Yekunda tədbir iştirakçıları mövzu ilə bağlı öz fikirlərini ifadə ediblər.