06.10.2025
Oktyabrın 6-da Masallı Tarix- Diyarşünaslıq Muzeyində Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon üzrə Təhsil Sektorunun təşəbbüsü ilə həyata keçirilən “Müzeylər aylığı” layihəsi çərçivəsində rayonun ümumtəhsil məktəblərinin şagird və müəllimləri üçün maarifləndirici ekskursiya təşkil olunub.
Ekskursiyada Sığdaş, Xanalion və Bala Kolatan tam orta məktəblərinin şagird və müəllim kollektivi iştirak edib.
Tədbirin əsas məqsədi şagirdlərə Azərbaycanın zəngin tarixi, mədəni irsi və xüsusilə cənub bölgəsinin tarixi haqqında biliklərin çatdırılması, eləcə də muzeylərə olan marağın artırılmasıdır.
Ekskursiya zamanı şagirdlər muzeydə nümayiş olunan tarixi eksponatlarla tanış olmuş, ölkəmizin mədəni irsi barədə ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, 31 oktyabr tarixinə qədər davam edəcək “Müzeylər aylığı” layihəsi çərçivəsində təkcə ekskursiyalar deyil, eyni zamanda maarifləndirici görüşlər, tematik sərgilər və müxtəlif intellektual tədbirlərin təşkili də nəzərdə tutulur. Bu tədbirlər şagirdlərin bilik səviyyəsinin artırılmasına, vətənpərvərlik və milli dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına yönəlib.