26.08.2025
Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin rəsm studiyasının yeniyetmə və gəncləri üçün asudə vaxtın səmərəli təşkili məqsədilə dəniz kənarında açıq hava məşğələsi təşkil olunub.
Təbiətin füsunkar mənzərəsi fonunda istedadlı gənclər kompozisiya qurmaq, rəng çalarlarını, işıq-kölgəni düzgün ifadə etmək kimi bacarıqlarını təkmilləşdiriblər.
Gənclər dənizin ilhamverici ab-havasında vaxtlarını gözəl keçirib, həm istirahət edib, həm də yaradıcılıqla məşğul olublar.