Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaqların asudə vaxtının səmərəli təşkili

26.08.2025

Avqustun 26-da Astara rayonu üzrə Təhsil sektorunun və Astara rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Uşaqlara dair strategiyaların həyata keçirilməsi üzrə 2020-2025 ci illər üçün Fəaliyyət Planı"nın icrası istiqamətində "Uşaqların asudə vaxtının səmərəli təşkili" məqsədi ilə Astara şəhər 3 nömrəli Körpələr evi-uşaq bağçasında tədbir keçirilib.

Tədbirdə Astara şəhər 3 nömrəli Körpələr evi-uşaq bağçasının müəllim və uşaqları iştirak edib.

Mərkəzin bələdçisi Cəmalə Məmmədova çıxış edərək bildirib ki, rəsm çəkmək də uşaqların boş vaxtlarını dəyərləndirmək üçün əla məşğuliyyətdir. Uşaqlar rəsmlə məşğul olan zaman öz fantaziyalarını işə salaraq təxəyyüllərinin məhsulunu ortaya qoyurlar. Rəsm çəkmək onların bədii zövqünü, yaradıcılıq qabiliyyətini inkişaf etdirir və bu məşğuliyyət zamanla istedada çevrilə bilir.

Daha sonra uşaqlar rəsm sahəsində bacarıq və istedadlarını nümayiş etdiriblər.