Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Pişiklərin sehirli dünyası” rəsm müsabiqəsində lənkəranlı şagirdlər uğur qazanıblar

18.08.2025

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin rəsm studiyasının şagirdləri, istedadlı yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq potensialının üzə çıxarılması məqsədilə “Binyamin Gallery” tərəfindən təşkil olunan “Pişiklərin sehirli dünyası” adlı rəsm müsabiqəsində iştirak edərək uğur qazanıblar.

Aysun Qasımova (14-16 yaş) və Ruqəyyə Hacızadə (10-13 yaş) I yerə, Aysu Abbaszadə və Dəniz Nuriyeva (10-13 yaş) II yerə, Ayan Qafarzadə və Əli İbrahimli (10-13 yaş) III yerə layiq görülüblər. Digər iştirakçılar Sertifikatla təltif olunublar.

İstedadlı şagirdlərimizi təbrik edir, onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayırıq!