30.07.2025
Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına və Lerik rayon Mədəniyyət Mərkəzinin "İş planı"na əsasən Lerik rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib.
Tədbirdə mədəniyyət işçiləri, ziyalılar və rayonun qələm adamları iştirak ediblər.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması barədə Sərəncam imzalandığını və il ərzində dahi şairin yubileyinin geniş şəkildə qeyd olunacağını bildirib.
Şairin 1987-ci ildə rayonumuza gəlişi zamanı onunla keçirilən görüşdə iştirak edənlər çıxış edərək, xoş xatrirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Çıxış edənlər şairin yaradıcılığı və əsəsrləri haqqın tədbir iştirakçılarına geniş məlumatlar veriblər.
Xanəndə Səyyad Əhədovun şairin sözləri ilə ifa etdiyi muğam parçası isə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.