28.07.2025
Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Rayon İcra Hakimiyyəti və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.1-ci bəndinin icrası çərçivəsində tədbir keçirilib.
“Korrupsiya cəmiyyətin görünməyən düşməni” başlığı altında keçirilən tədbirdə vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, media nümayəndələri, gənclər və təşkilatçı qurumların əməkdaşlarının iştirakı edib.
Tədbir Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan muzeyinin direktoru Əntiqə Tağıyeva Milli Fəaliyyət Planı haqqında geniş məlumat verərək korrupsiyaya qarşı mübarizə, həmçinin etik davranış qaydaları, onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər, etik dilemmalar və onların həlli yolları, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi haqqında çıxış edib.
Daha sonra muzeyinin elmi işçisi Dilguşə Məmmədova korrupsiyaya qarşı mübarizənin normativləri, korrupsiyaya qarşı mübarizə ilə əlaqədar götürülmüş öhdəliklərin həyata keçirilməsi, korrupsiyanın qarşısının alınması, korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət, korrupsiya ilə əlaqədar hüquqpozmaların nəticələrinin aradan qaldırılması barədə geniş məruzə edib.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Nuranə Muradova korrupsiya anlayışı və onun formaları, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya ilə əlaqədar müraciətlərə baxılmasının xüsusiyyətləri, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə və məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı qanunvericilik barədə məlumat verib.
Mövzu ətrafında Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin rəhbəri Orxan Əliyev, “Yeni həyat” qəzetinin ədəbi işçisi, “Azpress.Az” times saytının redaktoru Akif Ağayev, “Din və Qadın Hüquqları” İctimai Birliyinin və Boradigah Bələdiyyəsinin sədri Tünzalə Qardaşova, “Masallıda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin sədri Nərgiz Muxtarova, “Yeni Baxış 2022” İctimai Nəzarət Təşkilatı İctimai Birliyinin Masallı rayon şöbəsinin sədri Ədalət Məmmədov, “Azinfo.az” və “Aznew.az” saytının baş redaktoru, Kolatan Bələdiyyəsinin sədri Rauf Cəbiyev dövlət və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində şəffaflığın artırılması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin olduqca vacib olmasını, dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılmasının, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasının, korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi vacibliyini vurğuladılar.
Çıxış edənlər Azərbaycanda vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizədə fəal iştirak etdiyini, qanunvericiliyin formalaşdırılmasına cəlb olunduğunu, “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın önəmini qeyd ediblər.