Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ana dili hər bir xalqın milli kimliyimdir

23.07.2025

İyulun 23-də Astara rayon Heydər Əliyev Mərkəzində 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan dili günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Astara rayon Ərçivan qəsəbə Körpələr evi-uşaq bağçasının müəllim və uşaqları, Ağstafa rayonundan olan 44 günlük Vətən müharibəsi şəhidi İsmayılov Rəhmanın övladı Aylin İsmayılova iştirak edib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova çıxış edərək qeyd edib ki, müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Həmin vaxtdan müstəqil Azərbaycan Respublikasında tədricən latın qrafikalı milli əlifbamıza keçid mərhələsi başlandı. Bu tarixi proses Ümummili Liderimiz Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən gerçəkləşdi. Ulu Öndər Heydər Əliyev latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycanın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin fərmanla 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. Həmin vaxtdan hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Daha sonra “Azərbaycan Əlifbasını öyrənək” mövzusunda film nümayiş olunub.